Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:38

Azərbaycanla-Türkiyə arasında ticarət dövriyyəsinin artırılması planlaşdırılır


Arxiv foto
Arxiv foto

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin 10 mlrd. dollara çatması planlaşdırılır.

Bu barədə Gəncədə «Regional inkişaf: strateji hədəflər və perspektivlər» mövzusunda təşkil edilən beynəlxalq elmi-praktik konfransda iştirak edən Türkiyənin iqtisadi inkişaf nazirinin müavini Mehmed Ceylan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyədə investisiya qoyaraq bir sıra önəmli və böyük layihələr həyata keçirir:

«Azərbaycanla Türkiyə arasında işbirliyinin hansı səviyyədə olduğunu görmək üçün bir dəfəyə 5 mlrd. dollarlıq sərmayə ilə tikilən Neft Emalı Zavodunu misal çəkə bilərik».

M. Ceylan deyib ki, dünyada 8-ci, Avropada isə 2-ci yerdə olan Türkiyənin metal sənayesi üzrə iş adamları Azərbaycanda, xüsusən metal yataqları olan qərb bölgəsinə investisiya yatıraraq layihələr həyata keçirə bilərlər.

Regionların inkişafı üzrə fikir mübadiləsi aparılan tədbirdə Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də iştirak edib.
XS
SM
MD
LG