Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:20
Bu barədə məlumatı Gəncədəki «NEON» fabrikinin direktoru Arif Həsənov verib.

Onun sözlərinə görə, 10-15 gün əvvəl Azərbaycan sahibkarları Qazaxıstandan taxılın bir tonunu 365 dollara alırdılarsa, hazırda bu qiymət ucuzlaşaraq 345 dollar olub.

O, bu ucuzlaşmanı Qazaxıstandan taxıl alanların sayının azalması ilə əlaqələndirir.

A. Həsənov qiymət ucuzlaşmasının hələ ki, çörəyin qiymətinə təsir etməyəcəyini bildirir.

Ötən ilin yay aylarında Qazaxıstandan alınan taxılın bir tonu 220 dollar idi. Bu ilin əvvəlində qiymət 360-370 dollara kimi qalxmışdı. Sahibkarlar taxılın bir tonunun qiymətinin 400 dolları keçəcəyi təqdirdə unun və çörəyin qiymətində artım olacağını bildirirlər.

Hazırda unun 50 kq-lıq kisəsinin qiyməti 21-22 manat civarında dəyişir.
XS
SM
MD
LG