Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:17

Yaponiyada sunami qurbanlarının xatirəsi anılır


Arxiv foto: Qəza bölgəsində insanlar mümkün radiasiya təhlükəsindən yoxlanır
Arxiv foto: Qəza bölgəsində insanlar mümkün radiasiya təhlükəsindən yoxlanır
-

Martın 11-də Yaponiyanın «Fukusima-Daiçi» atom elektrik stansiyasında (AES) baş vermiş qəzanın ikinci ili tamam olur. Qəzaya səbəb 9 bal gücündə zəlzələ və bunun ardınca baş verən sunami olmuşdu.

Səhər saatlarında Tokioda həmin hadisələrdə həlak olan 19 minə yaxın insanın xatirəsi anılıb.

Fəlakətdən iki il ötsə də 300 mindən artıq insan evindən-eşiyindən uzaq qalıb. Sunaminin baş verdiyi şimal-şərq sahilində demək olar ki, tikinti işləri aparılmayıb.

«Fukusima-Daiçi» stansiyasındakı qəza 1986-cı il Çernobıl faciəsindən sonra baş verən ən ciddi qəza hesab olunur.

Yaponiya əhalisinin çoxu atom elektrik stansiyalarından imtina edilməsinin tərəfdarıdır. Ötən gün 10 minlərlə adam Tokionun mərkəzində toplaşıb, AES-lərin qadağan edilməsini tələb ediblər.

Ölkənin digər şəhərlərində də eyni tələblə kütləvi aksiyalar keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG