Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:45

Bakıda keçirilən aksiyada 70-dən çox adamın saxlandığı bildirilir


Bakıda etiraz aksiyası

Bakıda etiraz aksiyası

Bu gün Bakının Fəvvarələr meydanında Əsgər ölümünə etiraz olaraq keçirilən aksiyada 70-dən çox adamın saxlandığı bildirilir.

Polis aksiyanı dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Yasamal polisinə aparılanlardan 12 nəfəri şifahi xəbərdarlıqdan sonra sərbəst buraxılıb.
Bu barədə AzadlıqRadiosuna polisdən buraxılan gənclərdən biri məlumat verib.

Fəvvarələr meydanı ilə yanaşı Milli Parkda da aksiya keçirilib.
AXCP Gənclər Təşkilatının üzvləri də həmin aksiyada iştirak ediblər, oda da saxlananlar olub.

Avtobuslarla gətirilən polislər ərazini tərk etsə də, Fəvvarələr meydanına gediş-gəliş məhdudlaşdırılıb, polis yolları nəzarətə götürüb.
Polislər həmçinin jurnalistlərdən ərazini tərk etməyi tələb edirlər.

Yanvarın 12-də də eyni tələblə Fəvvarələr meydanında etiraz aksiyası keçirilib.

Həmin vaxt aksiya iştirakçıları Daşkəsəndəki «N» saylı hərbi hissədə əsgər Ceyhun Qubatovun ölümünə etiraz bildirib, prezidentdən günahkarların cəzalandırlmasını istəyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG