Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:47

İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri başlayıb


 Ilham Aliyev
Ilham Aliyev
Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Xorvatiyaya rəsmi səfərə yollanıb.

Onu beynəlxalq hava limanından baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Azərbaycan prezidenti səfər zamanı xorvatiyalı həmkarı Ivo Josipović, parlamentin sədri Josip Leko, baş nazir Zoran Milanović və yerli sahibkarlarla görüşəcək.

Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, o cümlədən Xorvatiyanın Avropa Birliyinə üzvlüyü, iqtisadiyyat, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Fevralın 12-dək davam edcək səfər zamanı Azərbaycan prezidentini xarici işlər, iqtisadi inkişaf, mədəniyyət və turizm nazirləri müşayiət edəcək
XS
SM
MD
LG