Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:51
Əfqanıstanda səfərdə olan ABŞ müdafiə naziri Cak Heyqelin (Chuck Hagel) prezident Hamid Karzai ilə görüşü gözlənilir.

Görüşdə ABŞ xüsusi təyinatlı qüvvələrinin bu günlərdə Vardak əyalətindən çıxarılması məsələsi müzakirə olunacaq.
Əfqanıstan hakimiyyəti əyalətdəki ABŞ və Əfqanıstan qüvvələrini zorakılıq və işgəncələrdə ittiham edir.

Dünən Chuck Hagelin ölkəyə səfəri zamanı Kabildə partlayış törədilib və nəticədə 9 dinc sakin ölüb.
Partlayışa görə cavabdehliyi Taliban üzərinə götürüb.
Hagel partlayış səsini eşitdiyini və Əfqanıstanın döyüş zonası olduğunu deyir.

Həmçinin dünən Host əyalətində intiharçının törətdiyi partlayışda 8 uşaq və 1 polis ölüb.

Hazırda Vaşinqtonla Kabil aralarındakı bir sıra fikir ayrılıqları var.
Dünən Kibil ətrafındakı Baqram həbsxanasının Əfqanıstana təhvil verilməsi buna görə, təxirə salınıb.
Əfqanıstan hakimiyyəti həbsxanaya nəzarəti milli suverenlik məsələsi hesab edir.

NATO qüvvələri 2014-cü ilin sonunadək Əfqanıstanı tərk etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG