Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:34

Reper azadlığa çıxıb


-
Oxuduğu repdən sonra təzyiqlərlə üzləşdiyi iddia edilən repçi «Dado» (Səid Əliyev) martın 9-da saxlandığı Binəqədi təcridxanasından azadlığa buraxılıb.

Bu barədə AzadlıqRadiosuna onun prodüseri məlumat verib.

Onun dediyinə görə, «Dado» bir müddət mətbuata heç bir müsahibə vermək istəmir.

Səid Əliyev fevralın 27-də saxlanmışdı. Nəsimi rayon Məhkəməsi yol qəzası vaxtı polisə müqavimət ittihamı ilə onu 10 sutka azadlıqdan məhrum etmişdi.

Reper isə həbsini «Dado YPX» adlı rep parçasını internetdə yerləşdirməsi ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG