Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:51

Keniyada keçmiş prezidentin oğlu prezident seçilib


Keniyada keçirilmiş prezident seçkisində baş nazir müavini Uhuru Kenyatta qalib gəlib.

MSK-nın məlumatına görə, o artıq birinci mərhələdə 50 faizlik həddi keçib.
Amma o bu həddi cüzi faizlə keçib.

Seçkidə onun əsas rəqibi olan baş nazir Rail Odinga 43, 31 faiz səs toplayıb.
Amma o məğlubiyyətini qəbul etmir və nəticələrin saxtalaşdırıldığını deyir.

Uhuru Kenyata 1-ci Keniya prezidenti Jomo Kenyattanın oğludur.
Haaqa məhkəməsi onu insanlığa qarşı cinayət işlətməkdə ittiham edir.

O 2007-ci ildə keçirilmiş prezident seçkisindən sonra ölkədə mindən çox adamın ölümü ilə nəticələnmiş hərc-mərclikdə günahlandırılır.

Ekspertlər indiki səsvermədən sonra da ölkədə hərc-mərclik baş verəcəyindən ehtiyyat edirlər.
XS
SM
MD
LG