Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:51

Bakıda Hindistan vətəndaşı işgəncə ilə öldürülüb


Bakıda meyiti tapılan Hindistan vətəndaşının qətlə yetirilməsinin bəzi təfərrüatları açıqlanıb.

APA-nın məlumatına görə, Binnud Khumar Cadrinin həyat yoldaşı iki gün əvvəl həmin ünvana gələrək qapını döyüb, lakin açan olmayıb.

Bu gün yenidən həmin ünvana gələn qadın qapının bağlı olması və əri ilə əlaqə saxlaya bilməməsindən narahat olaraq Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng edib. Bundan sonra həmin ünvana gələn FHN-in əməkdaşları qapını qıraraq içəri daxil olublar və çarpayının altından onun meyiti tapılıb.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində onun əl-qolunun bağlanaraq döyülüb öldürülməsi və meyitin elektrik cərəyanına verilməsi müəyyən olub.
İstintaq gedir.

Məlumata görə, o Azərbaycanda küçə ticarəti ilə məşğul olurmuş.
O Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsindəki həyət evində yaşayırmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG