Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:22

«Naxçıvanda «elektron hökumət»ə keçid gələn il tam başa çatdırılacaq»


Foto: Arxiv
Foto: Arxiv

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq Qapısı» - 7 mart 2013

Heydər Əliyev Muzeyində keçilən açıq dərslər davam etdirilir

Dünən Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri üçün açıq dərs keçilib. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə və Naxçıvan Muxtar Respublikasında «Heydər Əliyev ili» elan olunması ilə əlaqədar keçilən açıq dərsdən əvvəl tələbələr muzeydəki eksponatlarla tanış olublar.

«Heydər Əliyev və Azərbaycanda neft strategiyası» mövzusuna həsr edilən dərsdə kollecin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov çıxış edərək 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində sabitliyin bərqərar edildiyini, dövlətin malik olduğu təbii sərvətlərin xalqın rifah halının yaxşılaşdırılmasına yönəldildiyini bildirib. Xəzər Hüseynov deyib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanan «Əsrin müqaviləsi» Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoyub. Əsrin müqaviləsinin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyasının həyata keçirilməsinə başlanılıb. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına xarici investisiyalar cəlb edilib.

Müasir dövrün reallığı – «Elektron hökumət»

…Müşavirədə çıxış edən Ali Məclisin Sədri cənab Vasif Talıbov «Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında» Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanını xatırladaraq qeyd etmişdir ki, keçən dövr ərzində bu sahədə bəzi işlər görülmüşdür. «Elektron hökumət» portalının struktur layihəsi hazırlanmış, 73 dövlət orqanının internet səhifəsi yaradılmış, onlara domen adları, elektron poçt ünvanları verilmiş və bu saytlar şəbəkədə yerləşdirilmiş, dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi üçün fiberoptik kommunikasiya şəbəkəsinin genişləndirilməsi davam etdirilmişdir.

Ali Məclisin Sədri müşavirədə görülən işlərlə yanaşı, hələ çox işlərin görülməli olduğunu vurğulamış və tapşırıqlar vermişdir.

Dövlət orqanlarının, eləcə də «Elektron imza» xidmətindən istifadə məqsədilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsinin təşkili barədə tapşırıqlar verən Ali Məclisin Sədri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bunun üçün lazım olan avadanlıqları 2013-cü ilin birinci yarısında alıb istifadəyə verməli, «Elektron hökumət»ə keçid növbəti ildə tam başa çatdırılmalıdır.
XS
SM
MD
LG