Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:53

Misirdə etiraz aksiyaları başlayıb


Foto arxiv
Foto arxiv
Misirin paytaxtı Qahirə və digər şəhərlərdə etiraz aksiyaları başlayıb.

Buna səbəb məhkəmənin ötən il Port-Səid stadionunda baş vermiş hərc-mərcliyə görə, 21 nəfər barəsində kəsilmiş ölüm hökmünü bu gün təsdiqləməsi olub.

Məlumatlara görə, Qahirədə yerli “Əl-Əhli” klubunun azarkeşlər Milli Futbol Assosiasiyasının qərərgahı ilə polis klubunun binasını yandırıblar.
Port-Səiddə isə yüzlərlə aksiyaçı Süveyş kanalında gəmilərin hərəkətini dayandırmağa cəhd göstərib.

Vəkil Tarek Şerif məsələnin yaxşı araşdırılmadığını deyir.

Bu işə görə məsuliyyətə cəlb edilmiş 73 nəfərdən 5-i ömürlük, 19-u isə 5 ildən 19 ilədək müxtəlif müddətli həbs cəzası alıb.
28 nəfər isə bəraət qazanıb.

Ötən ilin fevrlaında Port-Səid stadionda baş vermiş hərc-mərclik zamanı 70 adam ölüb.
Həmin vaxt yerli kamanda paytaxt klubunu məğlub etmişdi.

Həmçinin 21- nəfərin ölümə məhkum edilməsindən sonra yanvarında Port-Səiddə baş vermiş toqquşmalarda onlarla adam ölüb.
XS
SM
MD
LG