Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:15
-
Gərəkli kəndində avtomat silahdan atəş açan dəstənin daha bir – üçüncü üzvü tutulub.

Balakən RPŞ-dən apa-ya bildirilib ki, hadisənin motivləri axtarış-əməliyyat tədbirləri sona çatdıqdan sonra məlum olacaq.

Hazırda Balakən polisi hadisənin qalan 2 iştirakçısını axtarır.

AVTOMATDAN ATƏŞ AÇIBLAR

Martın 8-i gecə saatlarında Balakən rayonunda silahlı hadisə baş verib.

«Niva» markalı avtomobillə rayonun Gərəkli kəndinə girən bir qrup şəxs avtomat silahdan atəş açıb.

Bu barədə apa-ya Rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisəni törədənlərdən 2-si – «Niva»nın sürücüsü və avtomat silahdan atəş açan şəxs tutulub.

Hadisə baş verən ərazidən bir-neçə avtomat gilizi götürülüb.

Baş vermiş hadisə ilə əlaqədar rayon polisində «xuliqanlıq» və «qanunsuz olaraq odlu silah saxlama» maddələri ilə cinayət işi açılıb.

Gərəkli kəndi Balakən rayonun Gürcüstanla həmsərhəd ərazisində yerləşir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG