Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:56

8 Mart günü Moskvada feminist qadınlar saxlandı


Martın 8-i dünyanın müxtəlif ölkələrində Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Bu gün Moskvada feminist qrupun azı 20 fəalı saxlanıb. Onlar Pussy Riot kimi tanınan rok qrupunun üzvlərinin saxlandığı həbsxananın qarşısında etiraz aksiyası keçirərəkən saxlanıblar. Onlarla xanım həbsxananın binası qarşısında azadlıqdan məhrum edilmiş Pussy Riot-un iki üzvünün dərhal azadlığa buraxılmasını tələb edən şüarlar səsləndiriblər.

Rusiya prezidenti Vladimir Putinin əleyhinə mahnıları ilə tanınan Pussy Riot-un 3 üzvü keçən ilin fevralında moskvada kilsəyə girərək mahnılar oxumuş, buna görə xuliqanlıq ittihamı ilə bir neçə il müddətə azadlıqdan məhrum edilmişdilər. Saxlanan musiqiçi qızlardan biri sonradan şərti cəza ilə azad edilib. İkisi isə hələ həbsxanadadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG