Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:02

Gürcüstan parlamenti ölkənin Qərb yönümlü kursuna sadiqliyini təsdiq edən qərar qəbul edib



Martın 7-də Gürcüstan parlamenti ölkənin Avropa və Avroatlantik srukturlara inteqrasiya kursunun davam etdiriləcəyinə dair qərar layihəsini yekdilliklə qəbul edib. Qərarda həmçinin qeyd edilir ki, Gürcüstan özünün separatçı regionları olan və özlərini müstəqil dövlət elan Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyan ölkələrlə diplomatik, hərbi, siyasi, gömrük, yaxud hər hansı başqa formada əməkdaşlıq etməyəcək.

2008-ci ildə aralarında qısamüddətli müharibədən sonra Rusiya gürcüstanın həmin separatçı bölgələrini müstəqil dövlət kimi tanıyıb.

İndiki president Mikheil Saakashvilinin partiyası keçən ilin oktyabrında keçirilən parlament seçkisində milyarder Bidzina İvanishvilinin müxalifət koalisiyasına uduzub. Indi president Saakashvili İvanishvilinin rəhbərlik etdiyi hökuməti tez-tez Rusiya yönümlü siyasətdə və Gürcüstanın Qərb yönümlü siyasətini dəyişmək cəhdlərində ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG