Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:00

Bin Laden-in kürəkəni tutulub



ABŞ rəsmiləri Osama bin Ladenin qızının əri Sulaiman Abu Ghaith-ın tutulduğunu bildirirlər. Rəsmilər onun bir müddət bin-Ladenin al-Qaeda terror təşkilatının sözçüsü olduğunu deyirlər.

Martın 8-də Nyu-Yorkda çıxarıldığı məhkəmədə Sulaiman Abu Ghaith-ə qarşı terrorizm ittihamlarının elan edilməsi planlaşdırılır.

Ghaith bu yaxınlarda İordaniyada həbs edilərək Nyu-Yorka gətirilib. ABŞ-ın Ədliyyə naziri onun ABŞ vətəndaşlarını qətlə yetirənlərlə əlbir olmaqda ittiham edildiyini bildirir.
47 yaşlı Ghaith Küveytdə doğulub. O, al-Qaedanın təqdim etdiyi neçə terror videolarında görünüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG