Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:17

Chavez-in bədəni mumyalanıb mavzoleydə saxlanacaq



Venesuelanın keçid dövrü lideri bildirir ki, bu yaxınlarda vəfat etmiş Hugo Chavez-in cəsədi Lenin kimi xüsusi mavzoleydə şüşə altında saxlanacaq. Hazırda ölkəyə müvəqqəti rəhbərlik edən vitse-prezident Nicolas Maduro bildirir ki, Prezident Sarayının yaxınlığındakı Hərbi Akademiyada keçmiş prezidentlə 7 gün vida mərasimi keçiriləcək.

İranın prezidenti Mahmud Ahmadinejad da martın 8-də vida mərasiminə qatılıb. Belorus prezidenti Alyaksandr Luksashenka-nın mərasimdə iştirakı nəzərdə tutulur.

Maduro bildirir ki, onlar həmçinin Chavezin cəsədini mumyalayaraq sonsuz qədər saxlamağı da planlaşdırırlar.

- Mən xalqımıza və dünyaya demək istəyirəm ki, biz komandanın bədənini mumyalayıb sonsuza qədər saxlamaq, gələcək nəsillərə göstərmək istəyirik. Onun bədəni inqilab muzeyində mumyalanacaq və xüsusi vasitələrlə şüşə altında saxlanacaq ki, daimi gələcək nəsillərə nümayiş etdirilsin.

14 il Venesuelaya rəhbərlik etmiş Hugo Chavez bir neçə gün əvvəl 58 yaşında vəfat edib. O xərçəng xəstəliyindən əziyyət çəkirdi.
XS
SM
MD
LG