Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:45
Gürcüstanda bir neçə nazir hökumətin iclasına müxtəlif bədən xəsarətləri ilə gəlib.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Gürcüstanın kənd təsərrüfatı naziri David Kirvalidze iclasa qoltuq ağacı ilə gəlib. O, futbol oynayarkən ayağı zədələnib.


Kaxa Kaladze

Kaxa Kaladze

Məşhur gürcü futbolçusu, Gürcüstanın energetika naziri Kaxa Kaladze isə iclasa axsaya-axsaya gəlib.

Diaspor məsələləri üzrə dövlət naziri Konstantin Surquladze sol əlindən xəsarət alıb. O, Bakuriani kurortunda xizək sürərkən ayağı sürüşüb.

Qaçqınlar və köçkün məsələləri üzrə nazir David Daraxvelidze gözü göyərmiş halda hökumətin iclasına gəlib. Məlumata görə, o, gözünü müalicə etdirir.

İclasa gələn nazirlər bir-birlərini belə görəndə özləri gülməyə başlayıb.
İclasda jurnalistlər də olub.
Jurnalistlər hökumətin bu gününü “Qara Gün” adlandırıblar.

Gürcüstanın Nazirlər Kabinetinin 19 üzvü var.
XS
SM
MD
LG