-
Martın 8-i dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda Beynəlxalq qadınlar günü kimi qeyd olunur.
Bu günlə əlaqədar BMT baş katibi Ban Ki-moon-un bəyanatında deyilir ki, Beynəlxalq qadınlar gününü qeyd etdiyimiz bir vaxtda qadınlara və qızlara qarşı dəhşətli zorakılıq və cinayətlərlə yadda qalan ötən ilə nəzər salmalı və daha yaxşı gələcək qurmaq üçün nələr etməli olduğumuzu özümüzə sual etməliyik.
«Bu ilki Beynəlxalq Qadınlar Günündə biz qəzəblənməyi bir tərəfə qoyub, hərəkətə keçməliyik. Biz qadınlara qarşı törədilən cinayətləri cəzalandıracağımızı və heç vaxt qadınların onlara edilən cinayətlərə görə cəzalandırılmalarına icazə verməyəcəyimizi bəyan etməliyik. Biz bu gün istər ailə daxilində, istərsə də iş yerlərində, münaqişə zonalarında yaxud dinc ölkələrdə, ən əsası isə insanların beyinlərində bu problemlə mübarizə aparacağımıza bir daha söz veririk»
Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada qeyd edilməyə başlanıb.
1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Azərbaycanda isə bu bayram 1917-ci ildən qeyd edilir. Bu gün Azərbaycanda qeyri-iş günüdür.