Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:37

«Məncə qadın ən gözəl mətbəxdə görünür»


-


Onlar hər yerdədir: Mətbəxdə, təhsildə, səhiyyədə, elmdə, Milli Məclisdə, sosial şəbəkələrdə.

Qadınlar günündə qadınlardan danışırıq. Azərbaycan qadının cəmiyyətdə rolu və yeri necədir?

Martın 8-i saat saat 19:00-da. Azadlıq FM-də qadınların cəmiyyətdəki rolunu müzakirə etmişik. Verlişdə səslənən bəzi fikirlər:

Jurnalist Vüsal Məmmədov:
- Azərbaycan qadını XXI əsrdə öz yerini tapa bilməyib. Hələki Azərbaycan qadınının obrazı yoxdur. Əvvəl Azərbaycan qadınının obrazı fədakar, güclü idi. İndisə biz bunu görə bilmirik...
- Düşünürəm ki, Azərbaycan qadını vəfalı deyil. Düzdür, Azərbaycan kişisi heç zaman vəfalı olmayıb. Kişi də vəfalı olmalıdır... Qadın da vəfalı olmağa borcludur.
- Etiraf etməliyik ki, XXI əsrdə kişinin ailədəki rolu cılızlaşıb.
- Hər bir kişi istəyir ki, özünü qadının yanında təsdiqləsin.
"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova:
- Məncə vəfalı olmağı cinsə bölmək lazım deyil... Həm qadın, həm də kişi vəfalı olmalıdır... Qloballaşan dünyada vəfalı olmaq çətinləşir. Amma vəfalı olan qadınlar da az deyil...
- 20 il bundan öncə Azərbaycan kişisi təkcə öz ailəsini yox, ətrafında olan qonşusunu, qohumunu da müdafiə edə bilirdi...
- Biz istəyirik ki, kişi yalan danışmasın, yaltaqlıq etməsin, əməli düz olsun... Kişi alçalmamalıdır...
- Şəxsən mən rüşvət alan kişini sevmərəm... Düzdür, qadın da rüşvət ala bilər. Amma qadın kişini məcbur etmir ki, rüşvət alsın.
Nəqliyyat Nazirinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov:
- Mənim düşüncəmə görə, qadın ən gözəl mətbəxdə görünür. Qadın haqqında düzgün düşünməyən adam düzgün adam deyil. Peyğəmbərimiz də qadınlara böyük əhəmiyyət verib.
- İş, karyera xətirinə qadınların ailə dağıtmasını mən istəmirəm. Mən demirəm qadınlar çalışmasınlar. Amma bəzən qadınlar daha çox işə meyl edəndə ailələr dağılır...
- Mənim qadınlarla bağlı mətbuata verdiyim müsahibə kontektdən çıxarıb.
- Sosial şəbəkələr insanları bir-birinə yaxınlaşdırmır, daha da uzaqlaşdırır...

Verlişi tam dinləmək üçün:

XS
SM
MD
LG