Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:27

Əfv sərəncamı gözlənir


-
Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.

Bu barədə apa-ya deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə məlumat verib.

Onun dediyinə görə, artıq əfv haqqında əsasnamənin tələblərinə uyğun gələn məhkumların sənədləri toplanır:

«Ehtimal etmək olar ki, yaxın vaxtlarda bu, baş verəcək. Biz təbii ki, hüquq müdafiəçisi olaraq, həmişə əfv fərmanın verilməsinin arzusunda olmuşuq. Azərbaycan prezidentinin bu addımlarını yüksək dəyərləndirmişik və ümid edirəm ki, cənab prezident Novruz Bayramı öncəsi də belə bir humanist addım atacaq, bu dəfə də yüzlərlə insanı sevindirəcək».

Sonuncu dəfə əfv sərəncamı ötən il dekabrın 26-da imzalanıb və 86 nəfərə şamil edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG