Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:47

Bolqarıstan rusiya neftini daşıyacaq layihədən çıxır


Bolqarıstan parlamenti Rusiya neftinin Burqas limanı və ordan Yunanıstana daşınmasını nəzərdə tutan kəmərin tikintisi ilə bağlı razılaşmanın ləğvinə səs verib.
115 deputat qərarın lehinə, 25-i isə əleyhinə səs verib.

Bu razılaşma 2007-ci ildə imzalanmışdı.

Getməkdə olan baş nazir Boyko Borisovun sözlərinə görə, 1,5-2 milyard dollar məbləğində olan layihəni indiki dəyişən maliyyə şəraitində həyata keçirmək mümkün deyil.

Sofiya hələ bir il əvvəl Moskva və Afinaya razılaşmaın pozulmasını təklif etmiş və xəbərdarlıq etmişdi ki, 12 ay ərzində buna cavab verilməsə birtərəfli addım atacaq.
XS
SM
MD
LG