Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:56

«Hicaba azadlıq» aksiyasının fəallarının məhkəməsi keçirilir


Təhsil Nazirliyi qarşısında polislə qarşıdurma
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Təhsil Nazirliyi qarşısında polislə qarşıdurma

-
Martın 7-də Nərimanov rayon Məhkəməsində hicab məhbuslarının məhkəməsi keçirilib.

Rövşən Allahverdiyev, Tərlan Ağadadaşov, David Kərimov, Muraday Quliyev, Ceyhun Quliyev, Telman Şirəliyev, İlham Hətəmov və Anar Qasımlı ötən il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş «Hicaba azadlıq» aksiyasında iştiraka görə tutulublar. İttihama görə, onlar icazəsiz aksiyada fəal iştirak ediblər və aksiyanı dağıtmaq istəyən polis işçilərinə daş-kəsəklə xəsarətlər yetiriblər.

İndiyədək keçirilmiş məhkəmə iclaslarında zərərçəkmiş kimi 25 polis əməkdaşı ifadə verib. Onlar aksiya iştirakçıları tərəfindən xəsarətlər aldıqlarını desələr də, bu xəsarətləri onlara konkret kimin yetirdiyini deyə bilməyiblər.

«ƏVVƏL POLİS AKSİYAÇILARIN ÜSTÜNƏ HÜCUM ETDİ»

Məhkəmə iclasında təqsirləndirilən şəxslər də dindirilib. Onlar təhsil mövsümü açılandan sonra hicablı qızların orta məktəblərə buraxılmamasına etiraz olaraq Təhsil Nazirliyinin qarşısına yığışdıqlarını dedilər.

Rövşən Allahverdiyev:

«Biz öz şüarlarımızı səsləndirirdik. Əllərimizdə «Hicab qadağasına son qoyulsun», «Hicabdan əlinizi çəkin» kimi şüarlar yazılmış plakatlar tutmuşduq. İstədiyimiz də bu idi ki, nazirlikdən biri çıxıb bizi dinləsin».

Muraday Quliyev:

«Burda polis işçiləri gəlib dedilər ki, aksiya iştirakçıları onlara xəsarət yetirib. Əslində isə əvvəl polis işçiləri özləri aksiyaçıların üstünə hücum etdilər. Əllərimizdəki plakatları alıb yerə atdılar, bizi isə döydülər. Biz də özümüzü müdafiə etmək üçün plakatları yerdən götürüb onlara tərəf atdıq».

Sonra təqsirləndirilən şəxslər ittihamla əlaqədar vəkillərin, prokurorun və hakimin suallarını cavablandırdılar.

Sonra hakim cinayət işindəki sənədləri elan edib. Məhkəmə iclası martın 11-də davam edəcək.

5 oktyabr aksiyasında 36 nəfər həbs olunub. Hazırda mühakimə olunanlar ilk qrupdur. Eyni ittihamla təqsirləndirilən digər şəxslərin istintaqı Bakı şəhər Prokurorluğunda davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG