Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:26

Bakıda sərnişin avtobuslarında kart sisteminin tətbiqinə başlanır


-
Bu ilin birinci yarısından Bakıda sərnişin avtobuslarında gedişhaqqı kart sisteminə keçiriləcək.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, bu sistemin tətbiqi nəqliyyatda bir çox çatışmazlıqların aradan qaldırılması ilə yanaşı, gecikmələrin qarşısını almağa da müsbət təsir göstərəcək:

«Biz 2013-cü ilin ilk üç ayını nəqliyyatda vahid kart sisteminə keçid üçün hazırlıq mərhələsi elan etmişik. Bu üç ay ərzində bütün texniki məsələləri başa çatdıracağıq. May-iyun aylarında ilkin olaraq 1000-ə yaxın avtobusda vahid kart sistemini tətbiqi ilə bağlı prosesi reallaşdıracağıq».

/apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG