Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:06
-

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə Hədəf Nəşrləri arasında bağlanmış uzunmüddətli müqaviləyə əsasən, paytaxt ərazisində yerləşən 40-dan çox mədəniyyət müəssisəsinin qarşısında səyyar kitab sərgiləri təşkil olunacaq.

Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, bu işlər “Səyyar kitab” layihəsi çərçivəsində həyata keçirilir.

Mart ayının 10-da Mərdəkan Mədəniyyət Sarayının qarşısında təşkil olunacaq kitab sərgisinin məqsədi sakinlərin kitabçılıq sahəsində olan yeniliklərdən xəbərdar etmək və onlara lazım olan müxtəlif kitab və dərs vəsaitlərinin güzəştli qiymətlərlə satışını gerçəkləşdirməkdir.

Sərgi-yarmarka səhər 11-dən axşam 18-ə qədər davam edəcək. Qeyd edək ki, bu layihə çərçivəsində ilk kitab sərgi-yarmarkasıdır.

Layihə hər həftəsonu bir mədəniyyət müəssisələrinin qarşısında keçiriləcək və tələbatın yüksək olduğu yerlərdə sərgilərin müəyyən bir vaxtdan sonra təkrar keçirilməsi də nəzərdə tutulub.

Sərgilərdə Bakı sakinləri həm Hədəf Nəşrlərinin, həm də müxtəlif yerli və xarici nəşriyyatların kitab məhsulları ilə tanış olmaq, ucuz qiymətə əldə etmək imkanı qazanacaq. Sərgi-yarmarka çərçivəsində abituriyentlər və magistratura imtahanlarına hazırlaşan bakalavrlar da özlərinə faydalı olan test bankları və dərs vəsaitlərini ala biləcəklər.

Mindən çox adda müxtəlif kitabların qatıldığı sərgidə öz məhsulları ilə iştirak etmək istəyən şəxslər və ya təşkilatlar “kitabevim.az” saytı vasitəsi ilə əlaqə saxlaya və sərgilər barədə ətraflı məlumat ala bilərlər. Sərgilərin növbəti məntəqələri barədə yaxın günlərdə məlumat veriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG