Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:13

Filinin sifətinə turşu atanlar günahlarını boynuna alıb


 Andrei Lipatov, Yury Zarutsky və Pavel Dmitrichenko

Andrei Lipatov, Yury Zarutsky və Pavel Dmitrichenko

Moskvadakı ”Bolşoy Teatr”ın bəddi rəhbəri Sergei Filinə hücumun təşkilində şübhəli bilinən rəqqası Pavel Dimitrichenko həbsiylə bağlı qərardan şikayət vermək fikrində deyil.

Vəkil Aleksandr Barakanov bildirib ki, işin nisbətən yüngül maaddə ilə aparılmasını təkid edəcək.

Dimitrichenko faktiki günahını boynuna alıb, amma qeyd edib ki, o Filinin sifətinə məhz turşu atılmasını sifariş verməyib və bu cür gfikirlər tamamilə yanlışdır.

Dimitrichenko məhkəmənin qərarı ilə aprelin 18-dək həbsdə qalacaq.

Həmçinin bu cinayətlə bağlı başqa iki nəfər də saxlanıb.
Yuri Zarutsky ilə Andrei Pilatov cinayətin icraçıları hesab olunurlar və onlar artıq günahlarını etiraf edib.

Yanvarın 17-də naməlum adamlar Sergei Filinin sifətinə turşu atıb.
O Rusiyada keçirilən bir neçə əməliyyatdan sonra müalicə üçün Almaniyaya göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG