Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:43

«Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu…»


-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Şərq Qapısı 6 mart 2013.


NAXÇIVAN ŞƏHƏRİNDƏ «GƏNCLƏR MƏRKƏZİ» TİKİLİR

Muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər 2013-cü ildə də davam etdirilir. Bu qayğının davamı kimi şəhərimizin Cəlil Məmmədquluzadə küçəsində «Gənclər Mərkəzi»nin inşasına başlanılıb.

Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin briqadiri Əkbər Quliyevin verdiyi məlumata görə, inşaat işlərinə fevral ayının sonlarında start verilib. Bina zirzəmi və mansarla birlikdə dörd mərtəbədən ibarət olacaq. Binanın birinci mərtəbəsində akt zalı, qazanxana, elektrik, təsərrüfat və xarici dil kursu üçün otaqlar yerləşəcək. Digər mərtəbələrdə rəsm qalereyası, kitabxana, kompüter zalı, dəftərxana və iş otaqları istifadəyə veriləcək. Böyük sahəni əhatə edən ərazidə abadlıq işləri aparılacaq, burada gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli şərait yaradılacaq.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA ORDU QURUCULUĞU

Heydər Əliyev Muzeyində Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün «Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu» mövzusunda açıq dərs keçilib. Liseyin tarix müəllimi Natiq Əhmədov bildirib ki, 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan elə müstəqilliyinin ilk günlərindən mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşdi. Bu, ordu siyasəti sahəsində də özünü göstərdi. Səriştəsiz rəhbərlərin bacarıqsızlığı ucbatından silahlı birləşmələr daxili siyasi mübarizəyə cəlb olundu, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələrə çevrildi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Ulu öndər ordu qurucu­luğuna hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən başlamışdı.

...Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində hərbi hissələr üçün onlarla yeni binalar – əsgəri-məişət-yaşayış kompleksləri, müxtəliftəyinatlı obyektlər tikilib istifadəyə verilib. Bu hissələrin silah-sursatla təminatı da qat-qat yaxşılaşdırılıb.

... Ümummilli liderimizin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ordumuzun qüdrətini günü-gündən artırır.

Sonda kursantlar Heydər Əliyev Muzeyindəki eksponatlara baxıblar.

Həmin gün Naxçıvan Tibb və Musiqi kolleclərinin tələbələri, Babək rayonunun Qahab və Sirab kənd tam orta məktəblərinin şagirdləri üçün də muzeydə açıq dərslər keçilib.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Aşıqların konserti olub
- Ana dilimizin himayədarı
XS
SM
MD
LG