Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:04

DİN Göyçaydakı torpaq sürüşməsi haqda


Daxili İşlər Nazirliyi Göyçayda baş verən torpaq sürüşməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, martın 6-da Göyçayda su-kanalizasiya xətti çəkilməsi üçün aparılan qazıntı işləri zamanı torpaq sürüşməsi olub. Hadisə nəticəsində orada işləyən Ağdaş rayon sakini Xaləddin Əhmədov və Tovuz rayon sakini Nemət Əliyev torpağın altında qalıblar.

Görülmüş tədbirlər nəticəsində hər iki şəxs torpağın altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.
XS
SM
MD
LG