Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:50

Iranda 2 jurnalist h'bs edilib


Iranda “Maqreb” qəzetinin iki əməkdaşı həbs edilib.

“İSNA” agentliyinin məlumatına görə, jurnalistlər yazdıqları yazıya görə həbs olunublar.
Hakimiyyət hesab edir ki, onlar prezident Mahmud Ahmadinejadı tənqid ediblər.

“Fars” agentliyi isə həbsin, qəzetin keçmiş prezident Mohammad Khataminin məktubunu çap etməsi ilə bağlı olduğunu xəbər verir.

Təkcə bu ilin yanvarında İranda 10-dan çox jurnalist həbs edilib.
Onlar xarici kütləvi informasiya vasitələri ilə əməkdaşlıqda ittiham olunurlar.

Bu ilin iyununda İranda növbəti prezident seçkisi keçiriləcək.
XS
SM
MD
LG