Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:32

R. Aslanova: «Məmur bilməlidir ki, günün birində özünə bənzər biri ilə rastlaşacaq»


Mətbuat icmalı
Mətbuat icmalı
-


GÖZDƏN, KÖNÜLDƏN İRAQ SAATLI

«Bizim yol» qəzeti yazır ki, Bakının təxminən 180 km-dəki bu rayonun gözdən-könüldən uzaq ola biləcəyi inanılmazdır. Qəzetin əməkdaşı mərkəzi və yerli icra hakimiyyəti rəhbərlərinin əhalinin problemlərinə laqeyd münasibətinin şahidi olduğunu bildirir:

«Saatlı sakinləri deyir ki, bazara çıxardıqları məhsuldan mənfəət götürmək barədə söhbət gedə bilməz. Çünki Bakıya gəlib çıxana qədər soyğunçuluqla üzləşirlər... Saatlı kəndlərinin dərdi təkcə su, qaz, işıq, xəstəxana, yol deyil. Kəndlərin mədəniyyət evi, klubu, kitabxanası, idman kompleksi də yoxdur».

«BİZ İLHAM ƏLİYEVİN ÖZ SEÇKİ QƏRARINI GÖZLƏYİRİK»

Milli Məclisin insan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanova «Yeni Müsavat» qəzetinə müsahibəsində deyib ki, «məmur bilməlidir ki, o, günün birində özünə bənzər biri ilə rastlaşacaq. Çünki məmurun tutduğu post ata-babadan qalma vəzifə deyil. Günün birində məmur öz vəzifəsini tərk etdikdən sonra özünə bənzərinə rast gələcək və özünün atdığı addımların, etdiyi hərəkətlərin əvəzini görəcək».

Rəbiyyət Aslanova prezident seçkilərində İlham Əliyevin namizədliyi ilə bağlı isə deyib ki, «YAP-ın hər bir üzvü buna əmindir ki, bizim namizədimiz İlham Əliyev cənabları olacaq. Çünki prezident olmaq bütün fəaliyyətini dövlətə, vətəndaşa, onun rifahına yönəltmiş bir insanın haqqıdır».

İLK NÖVBƏDƏ MÜXALİFƏT ÖZ DAXİLİNDƏ DİALOQ QURMALIDIR Kİ, İQTİDAR İLƏ DİALOQA GEDƏ BİLSİN

«Yeni Azərbaycan» qəzeti YAP icra katibinin müavini Siyavuş Novruzovun müsahibəsini dərc edib. Siyavuş Novruzov deyib ki, «tutaq ki, yalandan internet səhifəsində elementar, böhtan ilə sorğu keçiriblər, Əli Kərimliyə özləri səs veriblər, öz qəzetlərində də bunu veriblər. O biri tərəfdən müxalifət özü qəbul etmir ki, bu düzgün keçirilən sorğu deyil. Yəni, bunların özlərinin arasında bir dialoq lazımdır ki, sonra onlar iqtidarla dialoq aparsınlar».

«KƏPƏZ»LİLƏR SADİQ FANATLARDAN DƏSTƏK GÖZLƏYİR

«Futbol+» qəzeti yazır ki, «Kəpəz» qış fasiləsindən sonra məşqləri Bakıda keçirir. Çünki Gəncədəki stadionda ot örtüyü yararsız, bəzi tribunalar qəzalı vəziyyətdədir. «Kəpəz» ev oyunlarını da Bakıda keçirir ki, bu da komandanın əleyhinə olan məqamlardandır.

Komandanın kapitanı Xəyal Zeynalov «Futbol+» qəzetinə deyib ki, hazırkı vəziyyətdən komanda çətinlik çəkir. «Biz futbolçulardan beş dəfə artıq komanda üçün yanan fanatlar var. Bu vəziyyətdə bizə dəstək lazımdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG