Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:30

Göyçayda fəhlələr 2 saat torpaq uçqunu altında qalıb


Arxiv foto
Arxiv foto
-

Göyçay şəhərində su və kanalizasiya xətlərinin yenidən qurulması zamanı tikintidə bədbəxt hadisə baş verib.

Hadisə ötən gün axşam şəhərin Natəvan küçəsində qeydə alınıb.

Türkiyənin «Atinak» şirkəti tərəfindən kanalizasiya xətlərinin dəyişdirilməsi üçün qazılan quyunun yan divarlarının uçması nəticəsində iki fəhlə - 40 yaşlı Ağdaş rayon sakini Əhmədov Xaləddin və 21 yaşlı Tovuz rayon sakini Əliyev Nemət torpaq uçqunu altında qalıblar.

2 saat ərzində torpağın altında qalan fəhlələr sağ-salamat çıxarılıb.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

«Atinak» şirkətinin rəsmisi olayın bədbəxt hadisə olduğunu iddia edir.

Hadisə nəticəsində Bakı-Şamaxı-Yevlax magistral yolu 4 saata yaxın bağlı qalıb.

Su və kanalizasiya xətlərinin çəkilişi 2011-ci ilin sonlarından aparılır. Təhlükəsizlik qaydalarına və nişanların düzgün qoyulmamasına görə əvvəllər də buna bənzər hadisələr baş verib.
XS
SM
MD
LG