Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:56

«ASAN xidmət» yanında İctimai Şura yaradılıb


Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi («ASAN xidmət») yanında elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın təsis yığıncağı keçirilib.

Agentliyin Beynəlxalq və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tanınmış vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Agentliyin inzibati binasında keçirilən görüşdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın yaradılması təklif irəli sürülüb. Qeyd olunan iclasda iştirak edən Agentliyin sədri İnam Kərimov bu təşəbbüsü dəstəkləyərək qeyd edib ki, ictimai şuraların yaradılması və aktiv fəaliyyəti təşəbbüsü çox mühümdür.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz İctimai Şuranın koordinatoru seçilib.

İctimai Şura öz işini təşkil etmək məqsədilə Agentliklə razılaşdırmaqla öz iş qaydasını müəyyən edəcək. Həmçinin, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin yaradılması və təkmilləşdirilməsinə təşviqlə bağlı tədbirlər həyata keçirəcək. Həmçinin, İctimai Şura ictimaiyyətlə informasiya münasibətlərinin daha effektiv qurulması məqsədilə öz rəsmi internet resursunu və sosial media hesablarını yaradacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG