Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:02
-
Daxili İşlər naziri Ramil Usubovla Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidi məhkəməyə verib.

Buna səbəb martın 1-də qəzetdə dərc olunmuş «Ramil Usubov Kəmaləddin Heydərova əsəbiləşib» yazısıdır.

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna faktı təsdiqləyiblər və xüsusi ittiham qaydasında Yasamal rayon Məhkəməsinə müraciət edildiyini deyiblər.

Adıçəkilən məqalədə qeyd olunur ki, Ramil Usubov öz yaxın dairəsində Hərbi Hava Qüvvələrinin komandanı Rail Rzayevin qətli barədə danışarkən Kəmaləddin Heydərovun adını çəkib.

Hər iki nazir bu barədə yazılanları onlara atılmış «böhtan» sayır.

Kəmaləddin Heydərov və Ramil Usubov baş redaktorun CM-nin 147.2 və 147.1 maddələri ilə məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Qəzetin baş redaktor əvəzi Rahim Hacıyev hesab edir ki, hakimiyyət bununla qəzeti susdurmaq istəyir:

«Uzun müddətdir «Azadlıq» qəzeti məhkəmələrə verilir, böyük məbləğlərdə cərimə olunur. Bundan başqa, Qənimət Zahidin «Media TV»dəki fəaliyyəti hakimiyyəti narahat edir. Hakimiyyət həm qəzeti, həm də Media TV-ni susdurmaq istəyir».

Şərhləri göstər

XS
SM
MD
LG