Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:41

Azərbaycan Çexiya xarici işlər nazirinin dediklərinə aydınlıq gətirilməsini istəyir


 Karel Schwarzenberg

Karel Schwarzenberg

“Biz Çexiyanın xarici işlər naziri Karel Schwarzenbergin martın 4-də “People in Need” təşkilatının Praqa keçirilən mükafatlandırma mərasimində dediyi fikirlərə aydınlıq gətirilməsini istəyirik”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

E. Abdullayev bildirib ki, iki ölkə arasındakı qarşılıqlı münasibətlərin intensiv inkişafını və xüsusilə də son zamanlar dövlət başçıları səviyyəsində həyata keçirilmiş səfərləri nəzərə alaraq, hesab edirik ki, bu cür bəyanat və mülahizələr 2 ölkə arasındakı münasibətlərin ruhuna uyğun deyil və Azərbaycanla Çexiya arasındakı siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığa xələl gətirə bilər.

Məlumatlara görə, Karel Schwarzenberg “People İn Need” təşkilatının tədbirində Azərbaycanda insan haqlarının durumunu tənqid edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG