Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:17
-
19 yaşlı əsgər Elman Əliyev vəfat edib.

Bu barədə AzadlıqRadiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev məlumat verib.

Hadisə martın 6-sı saat 01:40-da Şəmkirin N saylı hərbi hissəsində qeydə alınıb. Müdafiə Nazirliyinin məlumatına görə, Elman Əliyev yüksək dağlıq şəraitində döyüş növbəsi çəkərkən qəflətən vəfat edib.

Elman Əliyev ötən ilin aprelində Bakı şəhəri Nərimanov rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Teymur Abdullayev bildirdi ki, ölümün hansı səbəbdən baş verdiyi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin hesablamalarına əsasən, bununla da 2013-cü ildə orduda itkilərin sayı 16-ya çatıb. Bunların 2-si döyüş, 14-ü isə qeyri-döyüş itkiləridir. Ötən iki ayda 9 nəfər yaralanıb.

Bundan başqa, C.Naxçıvanski adına hərbi liseyin kursantı da naməlum səbəbdən ölüb.

Mərkəzin məlumatına görə, 2012-ci ildə isə Azərbaycan ordusu 97 itki verib. Bunların yalnız 16-sı döyüş itkisidir.

Bakıda «Əsgər Ölümünə Son» tələbilə növbəti etiraz aksiya planlaşdırılır.

Bundan əvvəl yanvarın 12-də də eyni tələblə Bakının mərkəzində aksiya keçirilmişdi. Etirazçılar Müdafiə naziri Səfər Əbiyevin istefasını və baş verən əsgər ölümlərinə görə hökumətin cavab verməsini tələb ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG