Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:56

Azərbaycan narkotiklər üçün əlverişli tranzit ölkə sayılır


Foto arxiv
Foto arxiv
Azərbaycan Əfqanıstan və İrandan Avropa və Rusiyaya qanunsuz yolla keçirilən heroin və digər narkotik maddələr üçün əlverişli tranzit ölkədir.

ABŞ Dövlət Departamentinin Konqeresə təqdim etdiyi hesabatda belə deyilir.

Hesabatın Azərbaycana aid hissəsində qeyd edilir ki, coğrafi mövqeyinə görə, hər il
Azərbaycandan 11 tona qədər heroin keçirilir ki, bunun çox hissəsi isə İranla sərhəddən daxil olur.

Azərbaycan həmçinin Gürcüstandan və Türkiyədən keçirilən narkotik maddələr üçün əlverişli tranzid ölkə sayılır.-deyə hesabatda bildirilir.
XS
SM
MD
LG