Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:37

Litvadakı Belarus icmasının sədri öldürülüb


Litvadakı birləşmiş Belarus icmasının sədri Roman Boynitski Vilnüsdə öldürülüb.

Onun cəsədi yaşadığı çoxmərtəbəli binanın zirzəmisindən tapılıb.

AzadlıqRadiosunun Belarus xidməti onun əllərinin bağlı və üzərində işgəncə izləri olduğunu bildirir.

Məlumatlara görə, Boynitski Belarusdakı hadisələr və müxalifətin fəaliyyəti barədə ziddiyyətli məlumatlar verirmiş.

O Belarusda etiraz aksiyalarının dağıdılmasını ölkənin daxili işi hesab edirmiş.
Boynitski həmçinin 2010-cu ildə keçirilmiş prezident seçkisindən sonra Avropa Birliyi və ABŞ-ın Belarusa təzyiqləri artırdığını deyirmiş.

Xaricdə fəaliyyət göstərən bir sıra müxalif Belarus təşkilatları onu tənqid edirmişlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG