Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Məhkəmə önündə səssiz aksiya keçirilib


-
Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaş cəmiyyətinin fəalları aksiya keçiriblər. Onlar əl-ələ tutub divarboyu düzülməklə keçirdikləri səssiz aksiya ilə həbsdə olan və həmin məhkəmədə qapalı mühakiməsi keçirilən «Tolışi sədo» qəzetinin redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyiblər.

Aksiya qatılanlar yaxalarına Hilal Məmmədovun fotosunu taxıblar. Fotonun üzərində «Hilal Məmmədova azadlıq» sözləri yazılıb.

Polis avtomobillərin gediş-gəlişinə mane olduqlarını bildirərək aksiyaçıları məhkəmə binası önündən uzaqlaşdırıb.

Hilal Məmmədov 2012-ci ilin iyunun 21-də həbs olunub.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG