Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:49

Qırğızıstanda etiraz aksiyası davam edir


Qırğızıstanın cənubundakı Calal-abad şəhərində müxalifətdən olan 3 deputatın azad edilməsi tələbi ilə etiraz aksiyası davam edir.

Yerli informasiya vasitələrinin məlumatına görə, dünən onlarla adam şəhər rəhbərliyinin binasına soxularaq gecəni orda keçiriblər.

Həmçinin dünən Oş və Kara-kul şəhərlərində eyni tələblə aksiya keçirilib.

Kamçıbek Tashiyev, Sadır Japarov vəTalant Mamıtov ötən ilin oktyabrında Bişkekdə keçirilən nümayiş zamanı saxlanıblar.
Onlar hərc-mərcliyi qızışdırmaqda ittiham olunurlar.
XS
SM
MD
LG