Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:49

Kinoteatrlar gənclərin İsa Qəmbərlə görüşünə yer vermir



Müsavat başqanının gənclərlə işə üzrə müşaviri Əhəd Məmmədlinin AzadlıqRadiosuna verdiyi məlumata görə, «Bakı», «Dostluq» və «Təbriz» kinoteatrları İsa Qəmbərin gənclərlə görüşünə ev sahibliyi etməkdən imtina ediblər.

«Martın 17-də İsa Qəmbərin gənclərlə görüşü keçiriləcək. Bunun üçün biz həm Bakı şəhər İcra Hakimiyyətinə, həm də görüş keçirmək istədiyimiz 3 kinoteatra müraciət etmişik. Meriyadan hələ cavab verilməyib. «Dostluq» kinoteatrının direktoru dedi onlarda təmir gedir, «Təbriz» ümumiyyətlə məktubumuzu qəbul etmədi, «Bakı» kinoteatrından da dedilər ki, şəhər icra hakimiyyətinin razılıq məktubu olmalıdır».

«Dostluq» kinotatrının nümayəndəsi Seymur Əhmədzadə AzadlıqRadiosuna müraciətdən imtina olunmadığını deyib:

«Heç mən gələnlərdən hansı partiyanın üzvü olduqlarını belə soruşmadım. Sadəcə dedim ki, bizdə belə bir görüşün keçirilməsi üçün şərait yoxdur. Avadanlıqlarımız yaxşı deyil».

Digər iki kinoteatrdan isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.
XS
SM
MD
LG