Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:57

Daşkəsəndə dəmir filiz istehsalı 50 faiz azalıb


-

Daşkəsəndəki Filizsaflaşdırma ASC-də dəmir filiz istehsalı 50 faiz azalıb. Bu barədə Daşkəsən Filizsaflaşdırmanın departament nümayəndəsi Nadir Quliyev məlumat verib.

Onun sözlərinə görə, istehsalın azalmasına səbəb xarici bazarda olan tələbatın aşağı olmasıdır. Belə ki, ilin əvvəlində müəssisədə ay ərzində 40-50 min ton dəmir filizi hasil edilirdisə, son aylar bu rəqəm 25-30 min ton arası təşkil edib.

N. Quliyev əlavə edir ki, müəssisəyə yeni 100 nəfərdən çox işçi qəbul edilib. Beləliklə, müəssisədəki işçilərin sayı 350 nəfəri keçib.

Daşkəsən Filizsaflaşdırma Det. Al. Limited şirkətinin vəsaiti hesabına maliyyələşir.
XS
SM
MD
LG