Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:58

Kommersiya banklarında batan əmanətlərin qaytarılması istisna olunmur


«Azərbaycanın müstəqilliyinin ilk illərində kommersiya banklarında batan əmanətlərin qaytarılması istisna olunmur».

APA-nın məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat deyib ki, 1992-ci və sonrakı illərdə vətəndaşların banklarda olan əmanətlərinin qaytarılması məsələsinə baxıla bilər:

«Bu, hazırda hökumətin gündəliyində olmasa da, gələcəkdə bu məsələyə baxıla bilər. Artıq bununla bağlı istər Milli Məclisə, istərsə də hökumətə müraciətlər daxil olmaqdadır. Sadəcə olaraq, biz bunun miqdarını, həcmini hələ müəyyənləşdirməmişik».

Vahid Əhmədovə görə, bu gün Azərbaycanın iqtisadi potensialı vətəndaşların həmin əmanətlərini də qaytarmağa imkan verir:

«Bu əmanətlər onsuzda SSRİ dövründə batan əmanətlərdən qat-qat azdır. Həll olunması lazım olan yeganə məsələ bunun həcmini hesablayıb tapmaqdır» deyə, deputat bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG