Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:47
-

«Azərbaycan» qəzeti Gürcüstan prezidentin Mikheil Saakashvili-ni müdafiə edən yazı dərc edib. Qəzet yazır ki, Azərbaycan və onun prezidenti haqda neqativ yazılar dərc edən «The İndependent» qəzeti indi də Gürcüstan prezidentini tənqid etməyə başlayıb.

Qəzetə görə, «The İndependent»in Azərbaycanda İlham Əliyevi, Gürcüstanda isə M. Saakashvili-ni hədəfə almasının arxasında konkret dairələrin geosiyasi maraqlarının durduğu açıq-aydın görünür».

MOSKVANIN AZƏRBAYCAN PLANI

«Rusiya Azərbaycanın başına öz adamını gətirmək istəyir». Bunu «Azadlıq» qəzetinə müsahibəsində Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə deyib.

«Moskva Azərbaycanda prosesləri daha da qızışdırmağa çalışacaq ki, durumu öz xeyrinə dəyişsin».

«...HAKİMİYYƏT MÜXALİFƏTİN ARQUMENTLƏRİNƏ ŞƏRİK ÇIXMAQ İSTƏYİR»

«Yeni Müsavat» qəzeti yazır ki, «iqtidar özünə qarşı hücuma keçir». Qəzetə görə, «hakimiyyət texnoloqları müxalifətin şüarlarına şərik çıxmaq, arqumentlərin cazibədarlığını azaltmaq niyyətindədir. Deputatlara korrupsiyadan, məmur özbaşınalığından, əsgər ölümündən danışmaq və sərt mövqe sərgiləmək tövsiyə edilib».

Qəzet yazır ki, bununla hakimiyyət müxalifətin arqumentlərinə şərik çıxmaq, bu arqumentlərin cazibədarlığını azaltmaq istəyir.

«GÜLƏR ƏHMƏDOVANIN ŞANSLARI ARTA BİLƏR»

«Bizim yol» qəzeti yazır ki, istintaq həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə bağlı çıxış yolu tapmalıdı.

«Çünki seçilmiş həbs müddəti var, əgər artırılacaqsa, prokurorluq əsaslandırılmış təqdimat verməlidir. Ya iş məhkəməyə göndərilməli, ya da ittihamın sübut olunmadığını elan etməlidir. Belə olanda, Gülər Əhmədovanın şansları arta bilər».

«QOCA KİNODRAMATURQ «SİYASƏTÇİ» KİMİ DƏ, KOSMOPOLİTDİR

«Yeni Azərbaycan» qəzeti «Rüstəm İbrahimbəyovun növbəti cəfəngiyatı...»ndan yazır.

Qəzetə görə, «qoca kinodramaturq «siyasətçi» kimi də kosmopolitdir, antimillidir, səsləndirdiyi hər fikirlə Azərbaycanın mənafeyinə qarşı çıxır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG