Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:12

Bu şeir son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Kürçaylı Məmmədov


***

Ehtiyacımız olan insanların
ehtiyacı olmadı bizə.
Əllərimiz uzana-uzana qaldı
həmin insanlara.
Gözlərimiz yol çəkdi,
Kimlər gəlib keçmədi o yoldan
bircə ehtiyacımız olanlardan başqa...

Ömür dediyin səni sevmək deyil,
Ömür dediyin sənə ehtiyacı olub yaşamaqdı.
Mən uşaqlıqdan ehtiyaclar içində yaşadım,
Müəllimə anamın maaşından,
Şair atamın qonorarından kəsəndə
ehtiyac dişlərini ağartdı gül üzlü uşağa.
O vaxtdan unutdum gülməyi,
O vaxtdan yalandan gülümsəyirəm,
O vaxtdan öyrəşmişəm,
narahat olma.
İslanmışam,
Sənin yağışların qorxulu deyil o qədər də...
Hələ də əllərimi uzatmışam sənə tərəf,
Gözlərimsə yol çəkir
lap evinin kandarına qədər ehtiyac içində...
Ciblərim bomboşdur, nə gizlədim,
Siçovullar da atıb gedib ciblərimi.
Ciblərim bomboşdur,
Amma səni sevəcək ürəyim var
biz olmayandan sonra da.
Və insanların inanacağı nağılları var
sən mən taleli...

13.02.2013

Günün bütün mövzuları

XS
SM
MD
LG