Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:17

Novruzda ərzaq ucuzlaşacaq


Azerbaijan - Novruz
Azerbaijan - Novruz
Novruz bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının ödənməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlarla birgə paytaxtın müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcək.

ANS-PRESS-in İqtisadi İnkişaf Nazirliyinə istinadla verdiyi məlumata görə, paytaxt sakinləri yarmarkalarda müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər.
XS
SM
MD
LG