Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:23
-

Kulis.az saytı Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi müsabiqənin “qaliblər siyahısı”nı təqdim edib.

Yayılmış iformasiyaya görə müsabiqənin nizamnəməsi pozularaq, Yaşar Qarayev və Nəcəf Nəcəfov mükafatları birləşdirilib. Məlumata görə, siyahı bu cürdür:

Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatının iki qalibi var: Etimad BaşkeçidAlpay Azər. Ən yaxşı poetik əsərə görə – Əli Kərim mükafatı Mahir QarayevVaqif Bəhmənliyə verilib. Ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatı Vilayət Hacıyevə təqdim olunub. Ən yaxşı tənqid və esseistik əsərə görə verilən Yaşar Qarayev mükafatı ilə ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə təqdim edilən Nəcəf Nəcəfov nominasiyaları birləşdirilib. Həmin mükafatlar isə Vilayət QuliyevƏsəd Cahangirə verilib.

Münsiflər heyətinin sədri yazıçı Mövlud Süleymanlı Oxuzali.az-a açıqlamasında faktı təsdiq etməyib:

“Həmin informasiyanın doğruluğu mən təsdiq etmirəm. Bilmirəm bu siyahını mətbuata kim ötürüb. Siyahı səhvdir. Biz qaliblərin elan edilməsi üçün bir neçə gündən sonra tədbir keçirəcəyik və qaliblər orda açıqlanacaq”.

Mövlud Süleymanlı həmçinin müsabiqənin hansı təşkilata aid olmasına da aydınlıq gətirib: “Bu müsabiqəni Azərbaycan Yazıçılar Birliyi keçirir və mükafat məbləği də Yazıçlar Birliyinin büdcəsindən ayrılıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG