Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:57

Novruzlu Kosanı niyə başqasına dəyişdilər?


Prezidentin Eks-Kosası: Azərbaycanı Suriyanın gününə salmaq istəyirdilər
Gözlə

No media source currently available

0:00 0:06:38 0:00

Prezidentin Eks-Kosası: Azərbaycanı Suriyanın gününə salmaq istəyirdilər

-

Novruz

Facebook-dan birbaşa şərh yaz
Novruz şənliklərinin siması Kosa Facebook-da bayram təbriklərinə başlayıb.

Prezidentə də bir namə yazıb şikayətlənir ki, onu builki Novruz şənliyinə çağırmayıblar.
Daha doğrusu, Kosanı dəyişiblər.

“Prezidentlərin kosa”sı olmaqla öyünən aktyor Qafar Novruzlu Azadlıq FM-də öz problemini dilə gətirib.

Bundan əlavə Azadlıq FM-də repçilər də qonaq olublar. Onlar ölkədəki vəziyyətdə yazılan repdən, söz azadlığından danışıblar:

Ramaş adlı reper:
- Azad söz bəyənilmir və bəyənilməyib. Ona görə, reperlər bəyənilmir. Reperlər yaltaqlıq bacarmır, məhz buna görə də onlar dövlət tədbirlərinə çağırılmır. Reperlər azad söz dedikləri üçün çox qapılar üzlərinə bağlanılıb. Meyxanaçılardan fərqli olaraq biz haqqa nahaqq donu geyindirmirik.
- Biz reper kimi azad fikirimizi demək istəmişik. Amma bizə bu imkan verilmir.
- Dado-nun yazdığı rep tənqidi repdir. Orada heç bir təhqirdən söhbət gedə bilməz. Azərbaycanda azad sözdən istifadə edən adamlara təzyiqlər, təqiblər var.
- Əgər reperlər bir olmasa təqiblər, təzyiqlər davam edəcək... Amma bütün təzyiqlərə baxaraq biz repi davam etdirəcəyik.
Reper Səid:
- Meyxananı Sovet vaxtındakı meyxana ilə müqayisə etmək olmaz. Meyxana indi mədhlə məşğuldur. Repin kökündə etiraz, üsyan, çılğınlıq var. Rep mətnlərinin böyük əksəriyyətində narazılıq var.
- Hal-hazırda sosial şəbəkələr TV-ləri üstələyib. Repi televiziyaya buraxmırlar amma sosial şəbəkələrdə rep, azad söz daha yaxşı yayılır.
- Ölkədə baş verənlər göz qabağındadır.
XS
SM
MD
LG