Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:25
-
Astara-İran gömrüyündə sərnişinlər arasında sıxlıq yaranıb.

Bu haqda AzadlıqRadiosunun cənub bölgəsi müxbiri məlumat verib.

İrandan Astaraya qayıdanlar arasında növbə var. İçəri heç kimi buraxmırlar. Sərnişinlər deyir ki, içəridə 200-300-ə yaxın insan qalıb. Sıxlıq bir ara Azərbaycan tərəfdən qapının bağlanmasına görə yaranıb.

Məsələyə münasibət öyrənmək üçün Astara gömrüyü ilə əlaqə saxladıq. Növbətçi hissədən bildirildi ki, sıxlıq sırf gömrüyün problemi deyil, sərhədlə bağlıdır:

«Qaldı ki, biz tərəfdə olan sıxlığa, bu haqda məlumatım yoxdur».
XS
SM
MD
LG