Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:26

Məhkəmə Tofiq Yaqublunu həbsdə saxladı


Martın 5-də Nəsimi rayon məhkəməsində hakim Elman Əhmədov Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsdə saxlanılması barədə qərar çıxarıb. Bu haqda AzadlıqRadiosuna onun vəkili Akif Əlizadə məlumat verib. Onun sözlərinə görə, məhkəmə zamanı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət versələr də, qəbul edilməyib.

Akif Əlizadə bu qərardan apellyasiya şikayəti verəcəklərini dedi:

«Apellyasiya məhkəməsinə müraciət etmək fikrindəyik. Tofiq Yaqublu ilə məsləhətləşəndən sonra Avropa Məhkəməsinə də müraciət edəcəyik».

Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

O, yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda, vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir. Məhkəmə T. Yaqublu barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
XS
SM
MD
LG