Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:48
-
Martın 5-də Gəncənin polis idarəsi rəisinin müavinlərindən biri işdən çıxarılıb.

Bu barədə Gəncə şəhər Polis İdarəsinin xidmət sahəsi üzrə müavini İlqar Balakişiyev AzadlıqRadiosuna deyib.

Bildirib ki, çıxarılan şəxs İdarədə cinayət axtarış işləri üzrə müavin vəzifəsində çalışan Anar Əkbərovdur.

Hazırda onun vəzifəsini müvəqqəti olaraq cinayət axtarış üzrə bölmə rəislərindən biri icra edir.

Bir müddət əvvəl Gəncə Baş Polis İdarəsinin rəisi Rasim Musayev öz ərizəsi ilə istefa verib. R. Musayevi bir müddət Anar Əkbərov əvəz edib.

Fevral ayında Bakının Xəzər rayon Polis İdarəsinin rəisi, polis polkovniki Faiq Şabanov Gəncə şəhər Baş Polis İdarəsinə rəis təyin olunub.
XS
SM
MD
LG