Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:12

AzadlıqRadiosunun 60 yaşı tamam oldu


AzadlıqRadiosunun əməkdaşı Şahnaz Bəylərqızı radionun bakı studiyasında.
AzadlıqRadiosunun əməkdaşı Şahnaz Bəylərqızı radionun bakı studiyasında.
-

60 il öncə martın 5-də bütün dünyanın Azərbaycan sevdalıları 2 xoş xəbər eşitdilər - qəddar diktator Stalin ölmüş və Münhendə Azərbaycan türkcəsində AzadlıqRadiosu yayıma başlamışdı.

İlk dönəm radio “Qurtuluş” adını daşıyırdı.

ABŞ Senatı federal büdcədən 2 radiostansiyanın maliyyələşdirilməsi barədə qərar çıxarandan sonra aralarında azərbaycanlı Ceyhun Hacıbəylinin, eləcə də polşalı və ukraynalı daha 2 mühacirin az qala 10 illik əlçatmaz xəyalı gerçəkləşdi.

1950-ci ilin iyulunda “Azad Avropa”, 1953-cü ilin martında “Azadlıq” radioları yayıma başladı. Beləcə, rus-bolşevik işğalı altında olan ölkələrin sakinləri efirdən öz ana dillərində fərqli xəbər almaq imkanına yiyələndilər.

“Azad Avropa” daha çox Şərqi Avropanın sosialist ölkələrini, “Azadlıq” isə SSRİ-ni hədəfə almışdı. Tez bir zamanda “Azadlıq” radiosu SSRİ-nin bütüb respublikalarının dilində verilişlər aparmağa başladı.

Dünyanın azı 100 ölkəsində bu stansiyaların 240 məlumat mərkəzi, 200-dən çox kitabxanası yaradıldı. Təkcə SSRİ xalqlarının 23 dilində həftədə 2 min saatdan çox veriliş hazırlanırdı.

Jurnalistlərin də sayı daim artırdı – 1960-cı illərdə hər iki radiostansiyadakı əməkdaşların sayı 306 nəfər idisə, sonradan bu rəqəm 1400-ə çatdırılmışdı. Onların əksəriyyəti keçmiş sovet vətəndaşları, legionçu və mühacirlər idi. AzadlıqRadiosunun 17 stansiyası arasında SSRİ-nin bütün ərazisi bölüşdürülmüşdü.

1953-cü ilin martından ilk vaxtlar “Qurtuluş” adlanan “AzadlıqRadiosu”nun Azərbaycan redaksiyası fəaliyyətə başladı. Bu redaksiyanın ilk verilişi efirə 1953-cü ilin martın 5-da çıxdı. İlk vaxtlar 15-20 dəqiqəlik verilişlər yayımlanırdı.

Bir müddət sonra AzadlıqRadiosunun verilişləri həftədə 4 saata çatdı. 1953-54-cü illərdə “Azərbaycan” redaksiyasının ilk baş redaktoru olmuş mayor Əbdürrəhman Fətəlibəyli - Düdənginskinin Parisdə mühacir həyatı yaşayan Ceyhun Hacıbəyli ilə birlikdə həm AzadlıqRadiosuna, həm də “Amerikanın səsi”nə yeni əməkdaşlar cəlb edirdilər. AzadlıqRadiosu qısa zamanda Azərbaycanın siyasi mühacirləri üçün əlverişli tribunaya çevrilmişdi.

AzadlıqRadiosu Azərbaycan redaksiyasının ilk baş redaktoru Əbdürrəhman Fətəlibəyli - Düdənginski 2-ci Dünya müharibəsində əsir düşən həmyerlilərini fəal əməkdaşlığa çağırırdı.

Vətəndə “xain” adlanan bu adamlar Azərbaycan həqiqətlərini öz doğma dillərindəcə həmvətənlərinə çatdırır, onları sovet rejimi ilə gizli mübarizəyə çağırırdılar.

Azərbaycan himni 1965-ci ildə Azadlıq Radiosunun efirindən səslənir

Ə.Fətəlibəyli-Düdənginskinin apardığı verilişlərdən biri belə bitirdi: “Demokratiya bir hakim olaraq sovet və kommunist imperializmini ölümə məhkum etmişdir. Bütün dünyanın azad xalqları ilə birgə bu hökmü yerinə yetirəcək və vahid azad dünya yaradılacaqdır”.
XS
SM
MD
LG